Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hikmət Hacıyev vətəndaşlarımızı ölkəni tərk etməməyə çağırdı - VİDEO
“Çarter reyslərinin məqsədi xarici ölkələrdəki vətəndaşlarımızın vətənə qaytarılmasıdır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bununla bağlı valideynlər tərəfindən bizə müraciətlər çox olur və onlara bu məsələnin maksimum dərəcədə tənzimləndiyi bildirilib.
“Xəstəlik səbəbindən, xüsusilə də onkoloji problemlərlə bağlı zərurət yaranan şəxslər Azərbaycanı tərk edərək, başqa ölkələrə gedə bilərlər. Lakin digər hallarda vətəndaşlarımızdan ölkəni tərk etməyə üstünlük verməmələri tövsiyə edilir”, - deyə H.Hacıyev qeyd edib.
Könül Cəfərli
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev İlham Əliyevin doğum günü ilə bağlı paylaşım etdi
- Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
- Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb
- Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla Cənubi Qafqazı müzakirə edib
- Prezidentin köməkçisi: "Texnologiyanın gətirdiyi fürsətləri nəzərə alaraq inkişaf etməliyik"
Rəylər