İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xızı rayonunda prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Fond ixtisaslaşmış təsərrüfatların, şirniyyat istehsalı müəssisəsinin və üçulduzlu hotellərin yaradılması ilə bağlı layihələri maliyyələşdirəcək.
Qeyd olunur ki, sahibkarlar artıq bu gündən etibarən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.
Ülviyyə R. Əli
www.oxu.az