Mədəniyyət və Turizm Nazirliyi yanında Bakı Turizm İnformasiya Mərkəzi paytaxt sakinlərinə və qonaqlarına müraciət edib.
Oxu.Az seyyah.az-a istinadən xəbər verir ki, müraciətdə iyunun 12-dən iyulun 5-dək “Formula-1” yarışlarının keçirilməsi dövründə əsas şəhər istiqaməti olan magistral yolların bağlanması nəzərə alınaraq “Baku City Tour” turistik avtobusların fəaliyyətinin müvəqqəti dayandırıldığı bildirilir.
Eyni zamanda, qeyd edilir ki, “Sprinter” turistik mikroavtobuslarla Bakı şəhər sakinləri, turist və qonaqları üçün “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu”, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ”, “Qala Tarix Etnoqrafiya Qoruğu”na ekskursiyalar təşkil olunacaq.
L.Ə.