15 İyul hadisələrindən sonra İranın Türkiyəyə qoyduğu tur satışı qadağası aradan qaldırılıb.
Bu barədə Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir.
İran hakimiyyətinin qərarı ilə Türkiyəyə səyahətə getmək istəyənlərə hotel və bilet satışı başladı.
Qeyd edək ki, Türkiyədə hərbi çevriliş cəhdindən sonra Tehran rəhbərliyi vətəndaşların təhlükəsizliyini nəzərə alaraq bu ölkəyə tur satışlarını qadağan etmişdi.