Hesablama Palatasının son iclasında 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyi və tabeli qurumlara ayrılmış vəsaitlərin istifadəsinə dair auditin nəticələri haqqında hesabat təsdiq olunub.
Oxu.Az Palatanın saytına istinadən xəbər verir ki, audit tədbiri Mədəniyyət və Turizm Nazirliyi, 3 film studiyası, C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində həyata keçirilib və 305650,8 min manat məbləğində vəsaiti əhatə edib.
Nazirlik tərəfindən büdcə vəsaitlərinə olan tələbat barədə proqnoz layihələri hazırlanarkən nazirliyin və onun tabeliyində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bəzi xərc maddələri üzrə müvafiq hesablamalar aparılmayıb, əvvəlki illərin icra göstəriciləri nəzərə alınmayıb, nəticədə bəzi hallarda vəsaitlərin təyinatı dəyişdirilərək xərc edilib, büdcədə bu məqsədlə vəsait nəzərdə tutulmadığı halda, müxtəlif qurumlara dövlət büdcəsindən maliyyə yardımları göstərilib.
Müəyyən edilib ki, Nazirliyin tabeliyində olan bəzi qurumlara məxsus əmlakın icarəyə verilməsindən əldə olunan gəlirin dövlət büdcəsinə köçürülməsi qismən təmin edilməyib, auditlə əhatə olunan dövrdə qaimə fakturalarla verilməsi rəsmiləşdirilən avadanlıqlar və qeyri-maddi aktivlər uçota alınmayıb.
Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.
Daha ətraflı məlumat üçün aşağıdakı bu linkə keçid edə bilərsiniz.
U.A.
www.oxu.az