Avropa Parlamentində Aİ-nin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsinə dair səsvermənin fevralın 2-də keçiriləcəyi gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə assambleyanın mətbuat xidmətindən bildiriblər.
“Səsvermə Avropa Parlamentinin plenar sessiyası çərçivəsində Brüsseldə fevralın 2-də keçirilməsi planlaşdırılır”, - agentliyin həmsöhbəti bildirib.
Avropa İttifaqının Gürcüstan vətəndaşları üçün viza məhdudiyyəti məsələsi üzrə AP-nin məruzəçisi Mariya Qabriel daha öncə Aİ Şurasını bu siyasi qərarı dərhal təsdiqləməyə çağırıb.
AP-nin vətəndaş azadlığı, ədliyyə və daxili işlər üzrə komitəsi Assambleya və Aİ Şurası arasında sazişi təsdiqləyib.
N.O.
www.oxu.az