İran hakimiyyəti ölkənin qərb, cənub və şimal hissələri üzərində aviareyslərin həyata keçirilməsinə qoyulmuş qadağanı uzatmaq qərarına gəlib.
Oxu.Az-ın İranın Dövlət Televiziya və Radio Şirkətinə istinadla verdiyi məlumata görə, bu barədə Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər 28 iyun saat 14:00-a (Bakı vaxtı ilə 14:30 - red.) qədər uzadıb.
İranın ən böyük özəl aviaşirkəti olan "Mahan Air" Məşhəddən Moskvaya (Rusiya) uçuş həyata keçirib, təyyarə səhər saatlarında Şeremetyevo hava limanına eniş edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, ölkələr arasında uçuşlar iyunun 13-də dayandırılmışdı - İran İsrailin aviazərbələrindən sonra öz hava məkanını bağlamışdı.
"Rosaviasiya" Rusiya aviaşirkətlərinə iyunun 26-na qədər İsrail, İordaniya, İraq və İranın hava məkanında uçuşlar həyata keçirməyi qadağan etmişdi.