16 
İyl
2020
21:24
66
606
14016
yuxarı
Oxu.Az cəbhədə: Ermənistan yenə mülki sakinlərə mərmi atdı: “Məəttəl qaldım ki, niyə ölmədim” - FOTO
16 İyl, 2020
21:24
14016
66
606
Oxu.Az cəbhədə: Ermənistan yenə mülki sakinlərə mərmi atdı: “Məəttəl qaldım ki, niyə ölmədim” - FOTO
İyulun 16-sı saat 17:00-da Ermənistan silahlı bölmələri Tovuzun Vahidli kəndini artilleriya qurğularından atəşə tutub.
Oxu.Az-ın Tovuza ezam olunan əməkdaşı xəbər verir ki, mərmi zərbəsi nəticəsində kənd sakini Arif Məmmədovun şəxsi təsərrüfatına ziyan dəyib.
Mərmi ot tayasına düşüb və onu yandırıb. A.Məmmədov deyir ki, mərmi düşərkən ot tayasının yaxınlığında olub.
“Mərmi düşdü, tez yerə uzandım. Sanki mərmi məni yenidən qaldırıb yerə çırpdı. Ot tayası yandı. Məəttəl qaldım ki, niyə ölmədim. Allah məni saxladı”, - deyə o əlavə edib.
A.Məmmədov bildirir ki, iki maşın ot tayası şəxsi təsərrüfatı üçün çox vacib idi.
Onu da qeyd edək ki, hadisə zamanı A.Məmmədovun evinə də ziyan dəyib.
Aqşin Kərimov
FOTO: Ramil Zeynalov
Bizimlə əlaqə saxlayın
Digər Müharibə xəbərləri
27 
Apr
2024
18:55
ABŞ səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib - FOTO/VİDEO
11
124
1741
27 
Apr
2024
14:03
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
103
20
1028
26 
Apr
2024
21:04
133,373 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib - FOTO
134
9
762