26 
Sen
2018
10:37
29
272
7300
Virtual karabakh

Türkmənistanda bütün güzəştlər ləğv edildi

26 Sen, 2018
10:37
7300

Türkmənistanda bütün güzəştlər ləğv edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistan hökuməti 2019-cu il yanvarın 1-dən əhaliyə pulsuz elektrik enerjisi, qaz, içməli su və xörək duzu verməyi dayandıracaq.

Oxu.Az xəbər verir ki, bununla bağlı Türkmənistan dövlət informasiya agentliyi məlumat yayıb.

Qərar dünən Aşqabadda keçirilən iclasda verilib. 

“Türkmənistan iqtisadiyyatında azad bazar münasibətlərinin inkişafını davam etdirmək, eləcə də, elektrik enerjisi, qaz, kommunal xidmətlərin qiymətinin tənzimlənməsi məqsədilə 2019-cu il yanvarın 1-dən əhaliyə pulsuz elektrik enerjisi, qaz, içməli su və xörək duzu verilməsi dayandırılacaq”, - Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun qərarında deyilir. 

Bununla yanaşı, Xalq Şurası 2019-cu il yanvarın 1-dən etibarən Türkmənistan əhalisinə elektrik enerjisi, qaz, içməli su və xörək duzunun güzəştli qiymətlərlə verilməsi qərarını qəbul edib. 

Türkmənistan hökumətinə normativ-hüquqi aktların hazırlanması və prezidentə təqdim olunması tapşırılıb. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri