Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İranlı general ehtiyatsızlıqdan özünü güllələdi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) “Samin ül Əimmə” qərargahının komandiri, general Qüdrətullah Mənsuri şəxsi tapançasından açılan atəş nəticəsində həyatını itirib.
Oxu.Az İran mətbuatına istinadən xəbər verir ki, hadisə dekabrın 16-sı səhər saatlarında Məşhəd şəhərində baş verib.
Qürətullah Mənsuri xidməti tapançasını təmizləyərkən atəş açılıb və o, başından aldığı güllə yarasından yerindəcə keçinib.
Bildirilir ki, o, İran-İraq müharibəsinin iştirakçılarından olub və bundan əvvəl “İmam Rza” qüvvələrinin 21-ci briqadasının, 5-ci “Nəsr” ordusunun və “Qüds” qərargahının komandiri vəzifələrində çalışıb.
Samir İsayev
www.oxu.az
Oxu.Az yeniləndi!
"İran" teqi üzrə xəbərlər
- İsrail hərbçiləri İrana məxfi məlumatlar sızdırıblar?
- Orxan Əsgərovun qızı: "İki ildir İran məhkəməsinin qərarını gözləyirdik"
- İranda denge qızdırmasına yoluxanların sayı artıb
- Tehranın Azərbaycana münasibəti – Müsəlman dövlətlərə yanaşmanın göstəricisi
- İranda qar uçqunu nəticəsində qadın alpinist həlak olub
Rəylər