Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bu ölkədə stress atmaq üçün maşınları dağıdırlar - VİDEO
Niderlanddan olan bir şirkətin əməkdaşları işlə bağlı stress və qəzəbdən azad olmaq üçün qeyri-adi bir vasitəyə əl atıblar.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, iş münaqişəsindən qəzəblənən işçiyə çöldə olan köhnə maşınları çəkic, taxta və dəmir dəyənəklərlə dağıtmaq təklif olunur.
Bu alternativ metoda “dağıtma terapiyası” adını veriblər. Alternativ yanaşma stress keçirən işçilərin ürəyincə olub. “Terapiya” həm təklikdə, həm də kollektiv şəkildə gerçəkləşdirilir.
“Maşınları çox sevirəm. İstəməzdim mənim maşınım belə günə düşsün. Ancaq bu (terapiya) avtomobilin, əslində, necə dağıldığını öyrənməyə imkan verir. Mən konsaltinq şirkətində çalışıram, hər gün müxtəlif insanların problemlərini həll etməyə çalışırıq.
Hesab edirəm ki, bu, yığılan qəzəbdən qurtulmağın əla yoludur”, - deyə proqrama cəlb olunmuş işçilərdən biri söyləyib.
"Niderland" teqi üzrə xəbərlər
- Niderlandda polis narkotikdən hazırlanmış heykəl tapdı
- Niderland seçməsi Bosniya və Herseqovina ilə görüşə itkilərlə çıxacaq
- Niderlandda İsrail əleyhinə aksiyalar iğtişaşlara çevrildi
- UEFA israilli azarkeşlərə hücumla bağlı bəyanat yayıb
- Amsterdamda israilli azarkeşlərə qarşı dəhşətli hücum: Onlarla saxlanılan var
Rəylər