Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Koreya sərhədində 500 kilometrlik “canlı zəncir” qurulacaq
Aprelin 27-də Koreya yarımadasının demilitarizasiya zonasında 500 kilometrə qədər uzanan insan zənciri təşkil olunacaq. Bu kütləvi aksiyada məqsəd KXDR-lə Cənubi Koreya arasında sülhü təbliğ etməkdir.
Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Demilitarizasiya zonasında “canlı zəncir” hərəkatının baş qərargahı aksiyaya 500 minə yaxın insanı cəlb etmək niyyətindədir. Hər bir iştirakçı 10 min von (təxminən 10 dollar) ödəməli olacaq”, - deyə aksiya təşkilatçısının bəyanatında deyilir.
Aksiya Yaponiya əsarətinə qarşı üsyanın 100-ci ildönümünə təsadüf edəcək. Təşkilatçılar artıq polis və təhlükəsizlik xidmətinin razılığını alıb. Plana görə, canlı zəncir İnçxon şəhərində başlayacaq və şərq sahilində yerləşən Koson rayonuna qədər uzanacaq.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Koreyalı nazir: "İqlim dəyişikliyinin fəsadlarından ən çox gənclər zərər görəcəklər"
- Kim Çen In orduya tam döyüş hazırlığında olmağı tapşırıb
- ABŞ-də seçki ərəfəsində KXDR hərbi gücünü göstərir: Bir həftədə ikinci dəfə raket sınaqları keçirdi
- Şimali Koreya ABŞ-də seçki günü nüvə raketini sınaqdan keçirə bilər
- Cənubi Koreya kəşfiyyatı: "Kim Çen Ina sui-qəsd təşkil edilə bilər"
Rəylər