Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ərdoğan: Ermənilər ölkələrindəki çətinliklərə görə Türkiyəyə gəliblər
Türkiyədə 100 min erməni var. Onlardan 40 mini Türkiyə vətəndaşıdır. Digərləri isə vətəndaş deyil, ancaq Türkiyə onları geri qaytarmır.
NTV-nin məlumatına görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən VI Budapeşt Prosesi Nazirlər Konfransında deyib.
Onun sözlərinə görə, bu ermənilər ölkələrindəki çətinlik səbəbindən Türkiyəyə gəliblər.
“Bəzi Qərb ölkələri qondarma “erməni soyqırımı” adı altında təbliğat yayırlar. Biz deyirik ki, bu, tarixçilərin işidir. Bu millət tarixi boyu heç vaxt heç bir etnik ünsürə qarşı soyqırımı törətməyib”, - Ərdoğan bildirib.
O əlavə edib ki, 2011-ci ildən Suriyada davam edən daxili müharibə səbəbindən 3,6 milyon suriyalı Türkiyəyə sığınıb.
“Bəziləri çıxıb özlərinin bir nömrə olduğunu bildirirlər. Xeyr, siz bir nömrə deyilsiniz. OECD təşkilatının yaydığı rəqəmlərə görə, dünyanın bir nömrəsi Türkiyədir”, - Türkiyə prezidenti əlavə edib.
Samir İsayev
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan: "Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarələri yoxdur"
- Ərdoğan: "Bütün dünya Türkiyənin artan təsirini görür"
- Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər
- Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
- Ərdoğan Azərbaycana başsağlığı verdi
Rəylər