Türkmənistan Dövlət televiziyası prezident Qurbanqulı Berdıməhəmmədovun məzuniyyətindən 26 dəqiqəlik süjet hazırlayıb.
Oxu.Az xəbər verir ki, videoda Berdıməhəmmədovun istirahət zamanı nə işlə məşğul olduğu göstərilib.
Bir ay ərzində ölkə başçısı velosiped sürüb, at çapıb, boulinq oynayıb, yeni hovuzu və idman zalını test edib.
Bundan əlavə Türkmənbaşı nəvəsinin bəstələdiyi “Yaşa Türkmənistan! At sürəti ilə irəli!” adlı mahnısını studiyada yazdırıb.
Ən maraqlı sərgüzəşt kimi prezidentin maşınla Qaraqum səhrasındakı “Cəhənnəm qapıları” adlı qaz kraterinə səyahəti göstərilib.
Xatırladaq ki, iyulun 21-də İnternetdə Berdıməhəmmədovun ölüm xəbəri yayılmışdı.