Türkiyənin İstanbul şəhərinin Eyüpsultan rayonunda özünə məxsus iplik sexini yandıran şəxs hadisə yerinə gələn polis əməkdaşlarına taxta parçaları və iplik yumaqları atıb.
Oxu.Az xəbər verir ki, hadisə Defterdar məhəlləsinin Çaycılar küçəsində baş verib.
İddiaya görə, psixoloji problemləri olduğu bildirilən 35 yaşlı Mehmet S. özünə məxsus iplik sexinə od vurub. Ətrafdakıların məlumatı əsasında hadisə yerinə polis, yanğınsöndürən və təcili tibbi yardım əməkdaşları göndərilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın zamanı Mehmet S. sexdəki iplik yumaqlarını və taxta parçalarını aşağıda olan polis əməkdaşlarının üzərinə atıb. Polis küçədə təhlükəsizlik tədbirləri görüb. Yanğınsöndürənlər isə şübhəlinin üzərinə su vuraraq ona müdaxilə ediblər.
Polis əməkdaşları onu sakitləşdirməyə çalışıblar. Daha sonra nəzarətə götürülən Mehmet S. saxlanılıb. O, binadan endirilərkən ətrafdakılardan biri ona hücum etməyə cəhd göstərib.
Saxlanılan iki nəfər polis bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırma başlanılıb.