Çində koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantinin ləğv edildiyi Hubey əyalətinin Uhan şəhərindən görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu kadrlarda şəhərdə karantin qadağası bitəndən sonra böyük tıxacların yaranması diqqət çəkir.
Qeyd edək ki, şəhər on həftə müddətində təcrid olunmuşdu.
Bu şəhərdə karantin bitən kimi yollarda tıxaclar yarandı - VİDEO