İsrail Prezidenti İsxak Hersoq ölkədə yeni hökumətin formalaşdırılmasını müxalifətdəki "Yaşar" partiyasının lideri Qadi Ayzenkota tapşırmaq niyyətindədir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, prezident bu barədə Qadi Ayzenkotu məlumatlandırıb.
Məlumata görə, Ayzenkot İsxak Hersoqla keçirilən məsləhətləşmələr zamanı 120 deputatdan 67-nin dəstəyini qazanıb.
Prezidentin bazar günü yeni hökuməti formalaşdırmaq üçün namizədin adını açıqlaması gözlənilir.