Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Suriya ilə sərhəd bölgəsinə aparılan “Barış Pınarı” əməliyyatı nəticəsində 20 terrorçu zərərsizləşdirilib.
Oxu.Az xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.
Məhv edilən silahlılar PKK/YPG terror təşkilatının üzvləridir.
Qeyd edək ki, bu gün İraqın Haftanin bölgəsində terrorçuların atəş açması nəticəsində Türkiyə ordusunun bir əsgəri şəhid olub, üçü yaralanıb.
Rəylər