22 
May
2020
16:38
22
557
28071
Virtual karabakh

Pakistanda təyyarə qəzası: 107 nəfər öldü - ANBAAN VİDEO - YENİLƏNİB

22 May, 2020
16:38
28071

Pakistanda təyyarə qəzası: 107 nəfər öldü - ANBAAN VİDEO - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pakistan hava yolları”na məxsus sərnişin təyyarəsinin Karaçi aeroportunun yaxınlığında qəzaya uğraması nəticəsində 107 nəfər ölüb. 

Lenta.ru xəbər verir ki, bununla bağlı Karaçi meri Vasim Axtar məlumat verib.

15:02

Karaçidə yaşayış məntəqəsinə düşən “Airbus A320” təyyarəsinin göyərtəsində ümumilikdə 107 nəfər olub.

Bu barədə “The New York Times”ın verdiyi xəbərdən məlum olub.

“Göyərtəsində 99 sərnişin və 8 heyət üzvü olan RK 8303 təyyarəsi qəzaya uğrayıb”, - deyə məlumatda bildirilib.

14:19

“Pakistan hava yolları”na məxsus sərnişin təyyarəsi Karaçi aeroportunun yaxınlığında qəzaya uğrayıb.

Bununla bağlı 360.tv xəbər yayıb.

Təsdiq olunmayan məlumata görə, göyərtədə 90-a yaxın adam olub. Əlavə edilir ki, hava gəmisi yaşayış məntəqəsinə düşüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri