Mar
2021
10:00
146
46
2435
Virtual karabakh

İlon Maskın kosmik raketi yenə partladı

4 Mar, 2021
10:00
2435

İlon Maskın kosmik raketi yenə partladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “SpaceX” şirkətinin rəhbəri İlon Mask “Starship SN10” kosmik gəmisinin prototipi ilk dəfə uçuşdan sonra yerə enib.

Bundan əvvəl bütün sınaq uçuşları eniş zamanı gəminin partlaması ilə sona çatıb. Lakin bu dəfə gəmi uğurlu enişdən bir neçə dəqiqə sonra partlayıb.

Mask kosmik gəminin partlamasına münasibət bildirib.

“Starship SN10 zədələnmədən, tam formada yerə endi”, - deyə Mask “Twitter” səhifəsində yazıb.

O həmçinin “Starship” kosmik gəmisinin davamlı uğur qazanacağına ümid etdiyini də açıq şəkildə bəyan edib.

“SpaceX” komandası əla bir iş görür! Bir gün əsl müvəffəqiyyət ölçüsü “Starship” gəmisi ilə uçuşların adi hala gəlməsi olacaq”, - deyə şirkət rəhbəri postun altındakı şərhləri cavablandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri