31 
Avq
2021
23:51
381
34
3827
yuxarı
Ruhanidən İran parlamentinə şikayət olundu
31 Avq, 2021
23:51
3827
381
34
Ruhanidən İran parlamentinə şikayət olundu
İranın eks-prezidenti Həsən Ruhanidən ölkə parlamentinə şikayət daxil olub.
Keçmiş dövlət başçısına qarşı mühüm dövlət vəzifələrinə ikili vətəndaşlığı olan şəxslərin təyin edilməsi, milli valyutanın dəyərdən düşməsinə səbəb olan siyasət yeridilməsi, məşğulluq və yerli istehsala zərər verilməsi, sanksiyaların tamamilə qaldırılacağı vədilə nüvə sazişini imzalamaqla ölkənin nüvə sənayesinə xələl gətirilməsi kimi ittihamlar irəli sürülüb.
Şikayət məktubunu 500 mindən çox şəxs imzalayıb.
Qeyd edək ki, məktub İran konstitusiyasının 90-cı maddəsinə əsasən parlamentin müvafiq komissiyasına təqdim edilib.
Mənbə: Fars Xəbər Agentliyi
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək