17 
Noy
2021
15:24
40
389
2862
Virtual karabakh

Rusiya Telman İsmayılovun Moskvaya təhvil verilməsində israr edir

17 Noy, 2021
15:24
2862

Rusiya Telman İsmayılovun Moskvaya təhvil verilməsində israr edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Monteneqrodakı səfirliyi Rusiya Federasiyası Baş Prokurorluğunun iş adamı Telman İsmayılova sığınacaq verilməsi qərarının ləğvi ilə bağlı müraciətini Monteneqro tərəfinə təqdim edib.

“Rusiya Baş Prokurorluğundan daxil olan sənədlər Monteneqro tərəfinə verilib”, - Rusiya Federasiyasının Monteneqrodakı diplomatik nümayəndəliyindən verilən açıqlamada qeyd olunub.

Daha əvvəl isə Rusiya Baş Prokurorluğu Monteneqronun Daxili İşlər Nazirliyinə və Ədliyyə Nazirliyinə iş adamı Telman İsmayılova siyasi sığınacaq verilməsi ilə bağlı qərarın ləğvi barədə vəsatətlə müraciət göndərdiyini açıqlamışdı.

Qeyd edək ki, Rusiya Baş prokurorluğu iş adamının cinayət məsuliyyətinə cəlb olunması məqsədilə Monteneqrodan bu ölkəyə təhvil verilməsini tələb edib.

Rusiyada qətl və insan oğurluğunda ittiham olunan biznesmen Telman İsmayılov Monteneqroda sığınacaq almasına səbəb Sürix prokurorluğunun onun barəsində çirkli pulların yuyulması ilə bağlı işi bağlaması olub.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri