Rusiya və Ukrayna arasında Brest vilayətindəki danışıqlar başa çatıb.
Görüş üç saata yaxın davam edib.
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak danışıqların üçüncü raundunun nəticələri barədə məlumat verib.
“Danışıqların üçüncü raundu başa çatıb. Humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında bəzi müsbət irəliləyişlər var...Atəşkəs və təhlükəsizlik zəmanətləri ilə yanaşı, nizamlamanın əsas siyasi bloku üzrə intensiv məsləhətləşmələr davam etdirilib”, - Podolyak “Twitter”-də yazıb.
18:58
Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlar aparmaq üçün Belarusa gəlib. Nümayəndə heyətlərinin bugünkü görüşü Belarusun Brest şəhərində baş tutacaq.
“Rusiya Federasiyası ilə qapalı danışıqlar. Üçüncü raund. Kiyev vaxtı ilə saat 16:00-da başlayır. Nümayəndə heyəti dəyişməyib”, - Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”-də yazıb.
09:24
Bu gün Ukrayna ilə Rusiya arasında danışıqların üçüncü raundu keçiriləcək.
Mövzu ilə bağlı danışan Ukrayna nümayəndə heyətinin üzvü, Ali Radada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia Krım, həmçinin LXR və DXR-in müstəqilliyinin tanınması ilə bağlı razılaşmanın danışıqlarda praktiki olaraq mümkün olmayan yeganə məsələ adlandırıb.
“Rusiya onların müstəqilliyini tanımağımıza təkid edir, ancaq onlar Ukraynanın bir hissəsidir, təbii ki, bu mövqe Ukrayna ictimaiyyəti üçün qəbuledilməzdir”, - deyə D.Araxamiya bildirib.
Mənbə: Fox News
Rusiya və Ukrayna arasında Brest vilayətindəki danışıqlar başa çatıb.Görüş üç saata yaxın davam edib.Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podoly...
Rəylər