23 
May
2022
14:48
37
235
1686
Virtual karabakh

Rusiya donanmasını yenidən qruplaşdırır: “Admiral Makarov” kreyseri Qara dənizə daxil oldu

23 May, 2022
14:48
1686

Rusiya donanmasını yenidən qruplaşdırır: “Admiral Makarov” kreyseri Qara dənizə daxil oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyasının Qara Dəniz Donanmasının yenidən qruplaşdırılması davam edir. Belə ki, Rusiyanın “Admiral Makarov” kreyseri Qara dənizə daxil olub.

Bu barədə Odessa Regional Hərbi Administrasiyasının nümayəndəsi Sergey Bratçuk özünün “Telegram” kanalında bildirib.

“Qara dənizdə düşmən müvafiq texnikanı, ilk növbədə hava hücumundan müdafiə vasitələrini cəlb edərək Zmeyinı adasında möhkəmlənməyə çalışır”, - deyə Bratçuk izah edib.

O, “Moskva” kreyserinin ekipajının “fləş-mob”una “Admiral Makarov”un da qoşulacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna ordusunun Zmeyinıda işğalçılara vurduğu zərərin peyk görüntüləri yayılmışdı.

Mənbə: Ukrinform

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri