Əfqanıstanda baş verən zəlzələdə ölənlərin sayı artıq 1000-ə çatıb. 1500-dən çox adam isə xəsarət alıb.
Bu barədə ABC News məlumat yayıb.
Ərazinin relyefi çətin olduğundan xilasetmə işlərində durğunluq yaranıb. Qeyd olunur ki, Taliban hökuməti beynəlxalq yardım istəyib.
“Ölkədə belə böyük fəlakət yaşandığı təqdirdə başqa dövlətlərin yardımına ehtiyac duyulur. Bu cür nəhəng faciənin qarşısını almaq bizim üçün çətindir”, - Talibanın fəlakətlərin idarə edilməsi üzrə naziri Şarafuddin Muslim söyləyib.
13:20
Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 950 nəfəri ötüb, daha 620 nəfər yaralanıb.
Bu barədə “The Independent” məlumat verir.
11:34
Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 280 nəfəri ötüb, daha 595 nəfər yaralanıb.
Ölənlər əsasən Paktika vilayətinin Barmala, Ziruk, Naka və Qayyan rayonlarındandır.
Yerli hakimiyyət orqanları mərkəzi hökumətin təcili yardım göstərmədiyi təqdirdə ölənlərin sayının arta biləcəyini vurğulayıblar.
Qeyd edək ki, episentri Xost şəhəri yaxınlığında olan zəlzələ 200 km aralıda yerləşən Kabildə və Pakistanın paytaxtı İslamabadda da hiss olunub.
09:42
Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində baş verən zəlzələ nəticəsində ən azı 255 adam ölüb. Yeraltı təkanların gücünün 6,1 bal olduğu bildirilir.
Əfqanıstanda baş verən zəlzələdə ölənlərin sayı artıq 1000-ə çatıb. 1500-dən çox adam isə xəsarət alıb. Bu barədə ABC News məlumat yayıb. Ərazinin relyefi çətin...
“Al Jazeera” telekanalının hökumətdəki mənbəyə istinadən məlumatına görə, təbii fəlakət nəticəsində daha 150 nəfər xəsarət alıb.
Ancaq Qızıl Aypara cəmiyyətinin cənub-qərb zonasının rəhbəri Elias Naseri hazırda ancaq 120 nəfərin öldüyünü təsdiqləyib.
Sosial şəbəkələrdə yayılan kadrlardan aydın olur ki, yaralılar xəstəxanaya helikopterlərlə daşınırlar.
Mənbə: Bfm.ru
Rəylər