İyl
2022
09:54
44
100
1263
Virtual karabakh

Bayden Əfqanıstanı xüsusi statusdan məhrum etmək istəyir

7 İyl, 2022
09:54
1263

Bayden Əfqanıstanı xüsusi statusdan məhrum etmək istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Co Bayden Konqresə Əfqanıstanı Vaşinqtonun Şimali Atlantika Alyansı xaricində əsas müttəfiqi statusundan məhrum etmək niyyətində olduğunu bildirib.

Bu barədə müvafiq bəyanatı çərşənbə günü Ağ Evin mətbuat xidməti yayıb.

Məlumatda Baydenin Əfqanıstanı NATO-dan kənar əsas müttəfiqlər sırasından çıxarmaq niyyətində olduğu açıqlanır.

“Taliban” hərəkatı ABŞ-ın 2021-ci ilin yazında silahlı qüvvələrini oradan çıxarmaq qərarını elan etməsindən sonra Əfqanıstana nəzarətin yaradılması üçün genişmiqyaslı əməliyyata başlayıb. Avqustun 15-də radikallar döyüşsüz Kabilə daxil olublar və sentyabrın 7-də legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıblar.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri