İyl
2022
12:57
207
13
1132
Virtual karabakh

Paşinyan müvafiq qurumlara Türkiyə ilə koordinasiyalı işə başlamağı tapşırıb

7 İyl, 2022
12:57
1132

Paşinyan müvafiq qurumlara Türkiyə ilə koordinasiyalı işə başlamağı tapşırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan müvafiq qurumlara üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması üçün Türkiyə ilə koordinasiyalı işə başlamağı tapşırıb.

“Qurumlarımızın Türkiyənin qurumları ilə işləməyə başlaması vacibdir. Siyasi razılaşma var, amma razılaşmaların icrası iki ölkənin qurumlarının işindən asılı olacaq. Mənim tapşırığım ondan ibarətdir ki, əldə olunmuş razılaşmaların qısa müddətdə həyata keçirilməsi üçün koordinasiyalı işə başlamaq lazımdır”, - deyə Paşinyan bu gün hökumətin iclasında deyib.

Xatırladaq ki, iyulun 1-də Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri bu ölkələrə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan və Türkiyə arasında quru sərhədindən mümkün qədər tez keçməsini təmin etmək və Ermənistanla Türkiyə arasında birbaşa hava yüklərinin ən qısa zamanda daşımağa başlamaq barədə razılığa gəliblər.

Mənbə: Aysor

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri