Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kikabidzenin dəfn olunacağı yer və tarix bəlli olub – YENİLƏNİB
Gürcüstanlı tanınmış aktyor və müğənni-bəstəkar Vaxtanq Kikabidze yanvarın 19-da Tbilisidəki Vera qəbiristanlığında anasının məzarı yanında dəfn olunacaq.
Bu barədə bazar günü sənətkarın meneceri Rati Abzianidze məlumat verib.
“Ailəsinin qərarı, həm də sağlığında özünün arzusu belə olub ki, o, anasının dəfn olunduğu Vera qəbiristanlığında basdırılsın”, - deyə Abzianidze bildirib.
Onun sözlərinə görə, aktyorun anım mərasimi hələ ki dəqiqləşdirilməyən kilsədə keçiriləcək, bundan sonra tabut Tiflis Filarmoniyasına çatdırılacaq, daha sonra isə dəfn mərasimi keçiriləcək.
Qeyd edək ki, Kikabidze yanvarın 15-də Tiflisdə 84 yaşında vəfat edib. Onun cənazəsi Tiflisdəki “New Hospitals”dan şəhərin mərkəzində yerləşən evinə aparılıb.
Mənbə: TASS
14:30
Gürcüstanın Xalq artisti, tanınmış aktyor, rejissor və müğənni Vaxtanq Kikabidze 85 yaşında vəfat edib.
Bu barədə Gürcüstanın "Mtavari Arxi" televiziyası məlumat yayıb.
Vaxtanq Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır.
Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.
Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.
2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.
Gürcüstan SSR xalq artisti (1980), Ukraynanın əməkdar artisti (2013), SSRİ Dövlət mükafatı (1978) və Gürcüstan Dövlət mükafatı laureatı (2013) olan sənətçi 2020-ci ildən 7-ci çağırış Gürcüstan parlamentinin fəal deputatı olub.
Rəylər