Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda dövlətə məxsus 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) balansında olan 35 su nəqliyyatı vasitəsini açıq hərraca çıxarır.
Oxu.Az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hərrac dekabrın 24-də, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.
Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ASCO-nun hesabına beh ödəməlidir.
"Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)" teqi üzrə xəbərlər
- Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır
- Azərbaycanda iş adamlarının əmlakları hərraca çıxarılır
- "Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması" elektron xidməti ilə bağlı TƏLİMAT
- 180 manata "Nissan" və 50 min manata "Niva": 41 avtomobil hərraca çıxarılıb
- Azərbaycanda yarım milyon manata evlər satışa çıxarılır
Ən çox oxunanlar