Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Olavio Juninyo "Qarabağ"dan ayrılır?
Olavio Juninyo Avropa Liqasında uğursuz nəticələrdən heç məmnun olmadığından "Qarabağ" klubu ilə yollarını ayırmaq istəyir.
Apasport.az-ın əldə etdiyi məlumata görə, braziliyalı psixoloji olaraq oyunlara köklənməkdə çətinlik çəkir və məhsuldarlığı da xeyli düşüb.
O, yayda klubla yeni müqavilə bağlamışdı. Buna səbəb Juninyonun komanda ilə Çempionlar Liqasına yollanmaq niyyətində olması idi. Lakin "Qarabağ" Avropanın bir nömrəli klub turnirinə vəsiqə qazana bilmədi.
Hazırda ağdamlıların Avropa Liqasında durumu da yaxşı deyil. Komanda pley-offa yüksələ bilməsə, böyük ehtimalla Juninyonun xidmətində maraqlı olan klublarla danışıqlar başlanacaq.
Qeyd edək ki, yayda Olavio Avropa klublarının təklifini rədd edərək "Qarabağ"da qalmışdı.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- UEFA Avropa Liqasında dörddəbir final görüşləri nə zaman keçiriləcək?
- Misli Premyer Liqasında bu tur səkkiz oyunçu komandasına kömək edə bilməyəcək
- Ulduz futbolçu Luiş Nani "Qarabağ"ın oyunçuları ilə görüşüb
- Juninyodan onu bəyənməyən azarkeşlərə CAVAB – Növbəti qolunu vurdu
- Elvin Cəfərquliyev və Musa Qurbanlıya sanksiya tətbiq olunacaq