Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hövsan qəsəbəsində günlərdir su kəsilib - SƏBƏB
Suraxanı rayonu Hövsan qəsəbəsi Elxan Nəcəfli küçəsinda aylardır içməli su ya fasilələrlə verilir, ya da aşağı təzyiqlə. Son bir həftədə isə içməli su, ümumiyyətlə kəsilib.
Sakinlərin sözlərinə görə, ilin bütün fəsillərində bu qəsəbədə içməli su problemi yaşanır, son aylarda isə durum daha ciddidir.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, noyabrın 15-dən magistral su kəmərində baş vermiş qəza aradan qaldırıldıqdan sonra Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində istismar qaydalarına uyğun olaraq kəmərə daxil olan suyun təzyiqi aşağı salınıb.
Hazırda qeyd olunan ünvan daxil olmaqla, ərazilər üzrə suyun təzyiqi artırılmaqdadır.
Ətraflı süjetdə:

"Su problemi" teqi üzrə xəbərlər
- Masazırda içməli su dörd aydır küçəyə axır: "Qaza bilmərik, qurumların icazəsi lazımdır"
- İsmayıllıda kənd sakinləri çarəsiz qalıblar: "Aidiyyəti qurumlara müraciət etsək də, baxmadılar"
- "Qobu Park-3"də tragikomik olay: Su probleminin məsuliyyətini üzərinə götürən YOXDUR
- Sumqayıt sakinləri suyun təzyiqinin az olmasından ŞİKAYƏTÇİDİRLƏR
- Siyəzəndə yaşayan sakinlər su problemindən ŞİKAYƏTÇİDİRLƏR