Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kriştianu Ronaldu ilkə imza atıb
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu 200 fərqli komandaya qol vuran ilk oyunçu olub.
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxış edən 39 yaşlı hücumçu buna ölkə çempionatının XI turunda "Əl-Qadisiya"ya uduzduqları oyunda (1:2) fərqlənməklə nail olub.
Təcrübəli forvard 152 kluba, 48 milliyə qol vurmağı bacarıb. O, ümumilikdə 270 (198 klub, 72 yığma) komandaya qarşı oynayıb .
Qeyd edək ki, Ronaldunun ən çox qol vurduğu klub İspaniya təmsilçisi "Sevilya"dır (27 qol). O, Lüksemburq millisinin qapısından isə 11 top keçirib.
"Kriştianu Ronaldu" teqi üzrə xəbərlər
- Dünyanın ən varlı futbolçuları bəlli olub - Ronaldu və Messi birinci deyillər
- Asiya Çempionlar Liqası: Ronaldu iranlılara qol vuraraq komandasına qələbə qazandırdı
- Ronaldu Terimin nəvələrinin xəyallarını gerçəkləşdirdi
- Kriştianu Ronaldudan unikal göstərici - 30 yaşından sonra 463 qol
- Kriştianu Ronaldunun ailəsi təhdid olunur - Mühafizəçilərin sayını artırdı