Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Göygöldə avtomobil qaz borusuna ÇIRPILDI: Yaralılar var
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində qaz xətti sıradan çıxıb, bir nəfər ağır xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində sürücü, 1968-ci il təvəllüdlü N.Cəfərov ağır xəsarət alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.
Qeyd edək ki, hadisə nəticəsində qaz borusu sıradan çıxıb. Əraziyə aidiyyəti qurumun əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda "BakuBus" avtobusu park halında olan avtomobillərə çırpıldı
- Zaqatalada ağır qəzada xəsarət alanların son vəziyyətləri açıqlanıb
- Bakı-Quba yolunda AĞIR QƏZA - Yanacağı bitən yük maşını qəzaya düşdü
- TƏBİB-də işə qəbul olduğunu qeyd edib qayıdarkən dəhşətli qəzada ölübmüş - TƏFƏRRÜAT
- Zaqatalada üç avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Ən çox oxunanlar