Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

UEFA Konfrans Liqası: "Başakşəhər" "Petrokub" oyununda qalib müəyyənləşmədi
UEFA Konfrans Liqasının Liqa mərhələsində IV tura start verilib.
Oxu.Az xəbər verir ki, günün yeganə matçı Türkiyənin İstanbul şəhərində keçirilib.
"Başakşəhər" doğma meydanda Moldova təmsilçisi "Petrokub"la 1:1 hesablı heç-heçəyə razılaşıb.
Hesabı 42-ci dəqiqədə penalti zərbəsindən Kşiştof Piontek açıb. Qonaqlar məğlubiyyətdən 90+6-cı dəqiqədə qaça biliblər. Lon Borş dəqiq zərbə müəllifi olub.
Qeyd edək ki, əvvəlki üç matçda bir heç-heçə edən İstanbul klubunun xallarının sayı 2-ə çatıb. "Petrokub" isə ilk xalını qazanıb.
Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsinin IV turuna bir görüşlə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə Türkiyə təmsilçisi "Başakşəhər" doğma meydanda Moldovanın "Petrokub" klubu ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Qeyd edək ki, aktivində bir xalı olan "Başakşəhər" turnir cədvəlinin 32-ci pilləsində qərarlaşıb. Xalsız olan "Petrokub" 36-cıdır.
"UEFA Konfrans Liqası" teqi üzrə xəbərlər
- UEFA Konfrans Liqası: Mərkəzi oyun "zadəganlar"ın minimalhesablı qələbəsi ilə bitdi
- UEFA Konfrans Liqası: Dörddəbir finala vəsiqə əldə edən komandalar bəlli olacaq
- UEFA Azərbaycan klublarının maliyyə hesabatı haqqında hesabat hazırlayıb
- UEFA Konfrans Liqası: 1/8 final mərhələsinin daha 4 görüşü keçirildi
- UEFA Konfrans Liqası: 1/8 final mərhələsinin dörd oyunu baş tutub - NƏTİCƏLƏR