Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

UEFA Azərbaycan klublarının maliyyə hesabatı haqqında hesabat hazırlayıb
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2023-2024 mövsümü üçün Avropa klublarının maliyyə və investisiya hesabatını açıqlayıb.
Oxu.Az qurumun saytına istinadən xəbər verir ki, hesabata əsasən, Azərbaycanın futbol üzrə Misli Premyer Liqasının on klubu bu müddət ərzində ümumilikdə 63 milyon avro (təxminən 116 milyon manat) gəlir əldə edib.
Bunun təqribən 28.1 milyon avrosu kommersiya gəliridir ki, bura sponsorluq müqavilələri, reklam sövdələşmələri, lisenziyalaşdırma və digər kommersiya müqavilələrindən əldə edilən gəlirlər daxildir.
Təxminən 20.9 milyon avro digər gəlirlərdir ki, buraya, məsələn, dövlət subsidiyalarından əldə edilən gəlirlər, aktivlərin satışından, akademiyadan əldə olunan gəlirlər, həmçinin bəzi birdəfəlik ödənişlər daxil ola bilər.
Daha 12.4 milyon avro UEFA-dan əldə edilən gəlirdir ki, klub Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və Superkubok kimi ittifaqın himayəsi altında keçirilən turnirlərdə iştirakdan vəsait əldə edir. Bura pul mükafatı, marketinq hüquqları üçün ödənişlər, iştirak haqları və sair daxildir. Təxminən 1.2 milyon avro isə bilet satışlarından əldə edilib.
Maraqlıdır ki, klublarımız yerli televiziya hüquqlarının satışından heç bir gəlir əldə etməyib.
Öz növbəsində maaş xərcləri 38 milyon avro (təxminən 70 milyon manat) təşkil edib ki, bu da UEFA zonasında 29-cu göstəricidir. Klublarımızın xalis transfer balansı -2.9 milyon avro təşkil edib.
Hesabatda vurğulanıb ki, klubların 40 faizi özəl mülkiyyətə aiddir. Heç bir klubun əcnəbi səhmdarı yoxdur. Həmçinin qeyd olunub ki, klub stadionları bələdiyyə və ya dövlətə məxsus deyil.
"Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA)" teqi üzrə xəbərlər
- Ötən mövsüm futbolçuların maaşlarına ən çox pul xərcləyən Avropa klubları - SİYAHI
- UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb
- UEFA əmsallar cədvəli – Azərbaycan mövqeyini itirdi
- "Yatın, sonra da qələbə gözləyin" - Mourinyo "Fənərbağça" azarkeşlərindən gileyləndi
- Joze Mourinyo mətbuat konfransı zamanı sualı uzadan jurnalisti ələ saldı – Xoruldadı