Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Misirdə populyar trend dəhşətə çevrildi: Şagirdlər müəllimi yandırdılar
Misirdə şagirdləri tərəfindən təbrik edilən müəllim yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisə təsadüfən baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, "Müəllim trendi" son aylar ərəb ölkələrində populyarlaşıb. Müəllimlərə şokolad və digər şirniyyatlar verilib, onların reaksiyaları lentə alınıb.
Misirdə yerli gənclər trendi bir az dəyişiblər və belə təbriklərdən biri acı sonluqla bitib.
Şagirdlər əvvəlcə müəllimin üzərinə maye qar püskürdüblər, sonra isə həmin maddə alışaraq yanıb. Hadisə nəticəsində misirli qadın yanıq xəsarətləri alıb.
"Misir" teqi üzrə xəbərlər
- Qəzzada içməli suyun 98%-i çirklənib
- Fələstin prezidenti ümumi seçki keçirəcək
- Fevralın 22-də azad edilməli olan fələstinli məhbusların taleyinə aydınlıq gətirildi
- Misirin paytaxtında yaşayış binası uçub: Azı 10 nəfər həlak olub
- HƏMAS Qəzzanın idarəçiliyini Fələstin Milli Administrasiyasına verməyə hazırdır - ŞƏRTİ VAR