Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

DSX mayoruna hücumla bağlı saxlanılan dünya çempionu SƏRBƏST BURAXILDI - ÖZƏL
Yanvar ayının 5-də DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edən şəxslərin sifarişçisi olduğu deyilən kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov sərbəst buraxılıb.
Bunu Oxu.Az açıqlamasında kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalov deyib.
"Mənə hücum edən şəxslərin sifarişçisi Ramal Aslanov sərbəst buraxılıb. Belə bir şəxsin azadlığa buraxılması doğru deyil. Mən həmin şəxsin cəzalandırılmasını tələb edəcəyəm. Bu işlə şəxsi vəkilim məşğul olacaq. Ramal Aslanovu məhkəməyə verəcəyəm. Belələrinin azadlıqda rahat gəzməsi qəbul edilməzdir. Lazım gələrsə, həmin şəxsin himayədarlarının da adlarını açıqlayacağam", - deyə F.Zeynalov bildirib.
Qeyd edək ki, DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən, məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədova 3 aylıq həbs verilib.
Xatırladaq ki, Ramal Aslanov ötən gün Kikboksinq Federasiyasının I vitse-prezidenti vəzifəsindən azad edilib.

Anar Həsənov
"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- Qubadlıda üç hərbçini qətlə yetirdiyinə görə ömürlük həbs olunan çavuşla bağlı qərar verilib
- İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıblar
- İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb
- Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib
- İrandan Azərbaycana 22 kiloqram narkotik vasitə keçirmək istədilər: Dəstə üzvləri ƏLƏ KEÇDİLƏR