Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Trampın Putinə Ukrayna münaqişəsi ilə bağlı güzəştə getmək niyyəti yoxdur
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması məsələsində Rusiya Prezidenti Vladimir Putinə güzəştə getməyi planlaşdırmır.
Oxu.Az xəbər verir ki, bu barədə D.Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq "Fox News" telekanalında açıqlama verib.
"Düşünürəm ki, insanlar bir məsələni anlamalıdırlar, Tramp Putinə və ya rusiyalılara nə isə verməyə çalışmır. Əslində o, Ukraynanı və onun suverenliyini xilas etmək istəyir", - deyə K.Kelloq vurğulayıb.
Eyni zamanda, o, D.Trampın Ukraynadakı münaqişəni tez bir zamanda dayandırmaq istədiyini bəyan edib.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ-də dəhşətli hadisə: 32 yaşlı kişi 20 il ərzində ögey anası tərəfindən əsir saxlanılıb
- ABŞ və Ukraynanın irəli sürdüyü atəşkəs təklifinin hazırlanmasına kim kömək edib?
- Tramp: "ABŞ-də azad ticarət yoxdur və bütün dünya bizi soyur"
- ABŞ-dən iranlı nazirə qarşı sanksiya
- Lukaşenko Zelenskiyə xəbərdarlıq edibmiş: "Sanki əvvəlcədən hər şeyi bilirdim"
Ən çox oxunanlar