Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib
Dələduzluqda ittiham olunan ictimai fəal Rail Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Rail Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror ötən prosesdə çıxışında Rail Abbasovun 8 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Rail Abbasov ötən il sentyabrın 20-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırır.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Sosial şəbəkədə dələduzluqla məşğul olan şəxs saxlanıldı
- Şəhid ailələri və qazilərə qarşı dələduzluq etməkdə təqsirləndirilən sabiq məmur həbs edildi
- Beynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana gətirildi
- "Oleq Bakinski"nin məhkəməsində tanınmış idmançının ifadəsi səsləndirildi
- Talassemiyalı uşaqların bir milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmə