Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb
Siyəzəndə polis əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı rayon ərazisində 12 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Murad Muradov və Yavər Umudov saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilən digər əməliyyat nəticəsində Azay Qurbanov və tanışı Vüsal Qurbanov saxlanılıblar.
Araşdırmalarla onların müxtəlif vaxtlarda rayon ərazisində "Man" markalı yük avtomobillərindən akkumulyator və bir evdən oğurluq etdikləri müəyyən olunub.
Faktlarla bağlı Siyəzən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb araşdırmalar davam etdirilir.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Abşeron və Binəqədi rayonlarında oğurluq edənlər saxlanılıblar
- Xaçmaz polisindən ƏMƏLİYYAT - Dəstə üzvləri ƏLƏ KEÇDİLƏR
- Birinə fərdi evə çıxarış almağı, digərinə maşın satmağı vəd etdi - Həbs olundu
- Göyçayda maskalanıb mağazadan oğurluq edən şəxslər tutulub
- Azərbaycan futbolunda kuryoz hadisə - Futbolçunun forması oğurlandı