Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

UEFA Avropa Liqası: "Qarabağ" - FCSB görüşünün biletləri satışa çıxarılır
UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda baş tutacaq "Qarabağ" - FCSB (Rumıniya) matçının biletləri bu gün, saat 12:00-da satışa çıxarılacaq.
Oxu.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VIP sektorlara biletlərin qiyməti isə 300 manatdır.
Azarkeşlər biletləri "iTicket.az"ın satış məntəqələrindən (onlayn satış), "Qarabağ" FK-nın "Park Bulvar"dakı fan-şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB matçı saat 21:45-də başlayacaq.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- UEFA Avropa Liqasında dörddəbir final görüşləri nə zaman keçiriləcək?
- Misli Premyer Liqasında bu tur səkkiz oyunçu komandasına kömək edə bilməyəcək
- Ulduz futbolçu Luiş Nani "Qarabağ"ın oyunçuları ilə görüşüb
- Juninyodan onu bəyənməyən azarkeşlərə CAVAB – Növbəti qolunu vurdu
- Elvin Cəfərquliyev və Musa Qurbanlıya sanksiya tətbiq olunacaq