Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avstraliyada təyyarə timsahlarla dolu çaya düşdü
Avstraliyada dəhşətli təyyarə qəzası baş verib. Belə ki, iki nəfərin olduğu kiçikmühərrikli təyyarə Şimali Karolina qoruğunda qəzaya uğrayıb. Hava gəmisi "Fogg" bəndinə çırpılaraq timsahlarla dolu çaya düşüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "9NEWS" xəbər yayıb.
Bildirilir ki, sözügedən bənd daraqvari timsahların məskunlaşdığı qoruq ərazidir. Təyyarədə 63 yaşlı pilot və 29 yaşlı sərnişin qadın olub. Pilot hadisə yerində həlak olub, sərnişin sağ qalıb. Qadın helikopterlə hadisə yerindən təxliyə edilərək xəstəxanaya çatdırılıb. Həkimlər onda ciddi xəsarət aşkar etməyiblər.
Qəzanın səbəbləri hələ məlum deyil. Faktla bağlı araşdırmaya başlanılıb.
"Təyyarə qəzası" teqi üzrə xəbərlər
- ABŞ-də təyyarə qəzaya uğradı: Avtomobillər yandı
- Sudanda təyyarə qəzasında ölənlərin SAYI ARTDI: Aralarında keçmiş komandan da var
- Çikaqoda sərnişin təyyarəsinin enişi zamanı qorxulu anlar
- Avstraliya sahillərində 11 il əvvəl itən təyyarənin axtarışlarına başlanılıb
- Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var