Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paşinyan Ermənistan MTX-nin rəhbərini dəyişmək niyyətindədir: Yerinə kimi təyin edəcək?
Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyanı əvəzləmək niyyətindədir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan KİV məlumat verib.
Məlumata görə, Paşinyan qeyd olunan vəzifəyə Milli Təhlükəsizlik Xidmətinin rəis müavini Andranik Simonyanı təyin etməyi düşünür.
KİV-in bildirdiyinə görə, Paşinyan xidmətin indiki rəhbərinə etibar etmir və artıq çoxdan Simonyana Abazyana verdiyi kimi göstərişlər verir. Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Paşinyanın siyasi göstərişlərini qeyd-şərtsiz yerinə yetirmir, onları Simonyan həyata keçirir.
Qeyd olunur ki, Abazyan sistemin, əsasən, Rusiyada, xüsusən də Federal Təhlükəsizlik Xidmətinin (FTX) Akademiyasında təhsil almış əvvəlki rəhbərləri kimi, rusiyapərəst məmur hesab olunur.
"Bu səbəbdən Paşinyanın onu işdən çıxarmasına imkan verməyəcəklər və o, postunda qalmaqda davam edəcək", - deyə KİV vurğulayıb.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyan: "Yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşırıq"
- Paşinyan türkiyəli jurnalistlərə ilk müsahibəsini verdi
- Trampın Yaxın Şərq siyasəti: Azərbaycan amili və dünya yəhudiliyinin yeni təşəbbüsü
- Paşinyan Aİ-nin baş katibi ilə Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edib
- Paşinyan keçmiş prezidentləri "yarımcan" adlandırdı