Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Niderlandın xarici işlər naziri Azərbaycan sərhədinə gəlib
Niderlandın xarici işlər naziri Kaspar Veldkamp və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Ermənistan-Azərbaycan şərti sərhədinə gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə Niderlandın XİN başçısı "X" hesabında paylaşım edib.
Veldkamp Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının üzvləri ilə görüşüb. Missiyanın müşayiəti ilə sərhədə gəlib və burada monitorinq prosesində iştirak edib.
Qeyd edək ki, Niderlandın XİN başçısının rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün Ermənistana səfər edib, Veldkamp Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Glad to witness firsthand the important work of @EUmARMENIA and to meet Dutch colleagues at this mission. Their contribution to fostering stability and security in the region is invaluable, building trust among local communities. 1/2 pic.twitter.com/ryyc6n36Y8
— Caspar Veldkamp (@ministerBZ) March 12, 2025
"Avropa İttifaqının Ermənistandakı missiyası (EUMA)" teqi üzrə xəbərlər
- Avropa İttifaqının müşahidə missiyası yenidən sərhəddə: Durbinlə Qubadlı ərazisinə baxıblar
- Avropa İttifaqı Azərbaycan-Ermənistan şərti sərhədində niyə aktivləşib?
- Aİ "missiyası" növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb
- Ermənistanın missiya saxtakarlığı: Paşinyanın siyasəti regional sabitliyi təhdid altında saxlayır
- Paşinyan: "İrəvan Aİ missiyasını sərhədin delimitasiya olunmuş hissələrinə yerləşdirməməyə hazırdır"