Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zərdabda narkokuryerlik edən şəxs saxlanılıb
Zərdabda narkokuryerlik edən şəxs polis tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrin birində tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan Füzuli rayon sakini Toğrul Abbasov saxlanılıb.
Adıçəkilən şəxsdən 6 kiloqram marixuana və heroin götürülüb.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Mərdəkan sakinləri qorxu içində: "Gecələr yata bilmirik"
- Sosial şəbəkədə dələduzluqla məşğul olan şəxs saxlanıldı
- Baş ədliyyə müşaviri Firad Əliyev təltif edildi
- Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyan şəxslər məsuliyyətə cəlb olundular
- "Oleq Bakinski"nin məhkəməsində tanınmış idmançının ifadəsi səsləndirildi
Ən çox oxunanlar