Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İstanbulda italyan aşpazın oğlu bıçaqlandı - ANBAAN VİDEO
İstanbulun Kadıköy rayonunda xırdavat bazarında bir qrup yeniyetmə məşhur italyan aşpazın oğlu, 14 yaşlı Mattia Ahmet Minqutsiyə azı beş bıçaq zərbəsi vurub.
Oxu.Az xəbər verir ki, bu barədə "Gazete Memleket" məlumat verib.
İtaliyalı gənc bir neçə yerindən bıçaqlanıb. O, yaxınlıqda olan həkim sayəsində xilas edilib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Polis artıq iki hücum edən şəxsi saxlayıb və onlar həbs edilib. İtaliya polisi və diplomatlar istintaqa qoşulub.
Qeyd olunur ki, Mattia Ahmet Minqutsi İstanbulda məşhur italyan restoranının aşpazı, Andrea Minqutsi və türk violonçel ifaçısı Yasemin Akıncıların oğludur.
"İstanbul" teqi üzrə xəbərlər
- Kreml İstanbul razılaşmalarını Ukrayna üzrə danışıqlar üçün baza hesab edir
- İstanbulda yoxa çıxdıqdan günlər sonra meşədə sağ tapılan qadın öldü: Ritual, ya iş yerində təzyiq?
- Türkiyədə günlərdir yoxa çıxan gənc qadın sağ tapıldı: Anbaan görüntülər
- Dövlət Departamenti Rusiya və ABŞ nümayəndə heyətlərinin İstanbul görüşünün yekunlarını açıqlayıb
- Türkiyədə kafe sahibindən "qorxunc" zarafat: Müştərini "öldürdü"