Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paytaxt küçələrindəki nömrəsiz avtomobillərlə bağlı TƏDBİRLƏR GÖRÜLƏCƏK
"Bəzi sürücülər inzibati məsuliyyətdən yayınmaq məqsədi ilə nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan idarə edirlər ki, bu da qanunaziddir və öz növbəsində inzibati məsuliyyət yaradır".
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib.
O, qeyd edib ki, Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi bu istiqamətdə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirir.
"Əlavə olaraq bildirim ki, həmin sürücülərlə bağlı qanunamüvafiq tədbirlər görüləcək", - deyə T.Nəsirli bildirib.
Əzizə İsmayılova
Metronun "Əhmədli" stansiyasının yaxınlığında sakinlər avtobus problemindən əziyyət çəkirlər.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, vətəndaşların iddiasına görə, sözügedən ərazidə saat 22:00-dan etibarən hər hansı avtobus tapmaq müşkülə çevrilib.
Axşam saatlarında avtobusların olmamasından isə "1 manatlıq" taksi sürücüləri istifadə edirlər. Həmin taksilər arasında elə avtomobillər var ki, onların hətta dövlət qeydiyyat nişanı da yoxdur.
"Maşının cərimələri var, ona görə də, nömrələri çıxarmışam. Ancaq bu ərazilərdə sürürəm. Nömrəsiz olduğuna görə polis xəbərdarlıq edir, cərimə də yazır", - nömrəsiz avtomobil sürücülərindən biri deyib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYDA) bildirilib ki, hazırda 12 nömrəli marşrutda 20 avtobus 6-7 dəqiqə, 62 nömrəli marşrutda isə 26 avtobus 4-5 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir:
"Marşrut xətləri AYNA tərəfindən nəzarətə götürülüb. Bildiririk ki, 62 nömrəli müntəzəm marşrut da müsabiqəyə çıxarılaraq yeni daşıyıcı müəyyən edilib. Yaxın zamanda yeni daşıyıcı fəaliyyətə başlayacaq".
Ətraflı süjetdə:
