Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Trampdan növbəti "qisas": Federal Təhqiqatlar Bürosunda böyük miqyasda təmizləmələrə başlanıldı
ABŞ Prezidenti Donald Trampın Administrasiyası onunla bağlı açılmış cinayət işlərində əli olan Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri arasında genişmiqyaslı təmizləmə proqramı həyata keçirməyə başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Washington Post" nəşri mənbələrə istinadən məlumat verib.
Məlumata görə, hazırda məmurlar yüzlərlə agentin müəyyən edilməsi üzərində işləyirlər. Həmin agentlər potensial olaraq işdən çıxarılma riski altındadırlar.
Prokuror Cek Smit Trampın 2020-ci il seçkisinin nəticələrinin ləğv edilməsinə mümkün cəhdləri, həmçinin məxfi sənədlərlə mümkün qeyri-düzgün rəftarına dair araşdırmalarında iştirak edən FTB əməkdaşlarına xüsusi diqqət yetirir.
Təmizləmələrdən zərər görə biləcək agentlərin dəqiq sayı hələ ki məlum deyil.
"Donald Tramp" teqi üzrə xəbərlər
- ABŞ və Ukraynanın irəli sürdüyü atəşkəs təklifinin hazırlanmasına kim kömək edib?
- Kreml ABŞ nümayəndəsini sülh danışıqlarından kənarlaşdırdı
- Vens ABŞ prezidentinin Polşanın nüvə silahı istəyinə cavabını açıqladı
- Kolinda Qrabar-Kitaroviç: "Atəşkəs beynəlxalq hüquqa əsaslanmalıdır"
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"