Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda qatarların sürət həddi endirildi
Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi endirilib.
Oxu.Az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.
ADY hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edir.
Qeyd edək ki, yük qatarlarının da sürət həddi qeyri-sabit hava şəraitinə uyğun olaraq tənzimlənir.

"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Azərbaycanda bir neçə xəstəxananın ləğvinə başlanıldı
- ADY-dən sürücülərə və sərnişinlərə MÜRACİƏT
- Bayramda Abşeron dairəvi xəttində qatarlar qeyri-iş günləri qrafiki ilə çalışacaq
- Bayram günlərində Bakı-Qəbələ qatarlarından istifadə etmək istəyənlərin NƏZƏRİNƏ
- Bakı-Sumqayıt qatarında gecikmənin səbəbi açıqlandı