Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Çempionlar Liqası: "Mançester Siti" - "Real Madrid" oyununda 5 qol vuruldu
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmalarının mərkəzi oyunu kimi İngiltərənin "Mançester Siti" klubu ilə İspaniyanın "Real Madrid" komandası göstərilirdi.
Oxu.Az xəbər verir ki, gərgin keçən oyunda ilk qolu 19-cu dəqiqədə Erlinq Haalandın dəqiq zərbəsi ilə ev sahibləri vurublar. 60-cı dəqiqədə Kilian Mbappe hesaba tarazlıq gətirsə də, 80-ci dəqiqədə Haalandın dublu ilə "şəhərlilər" yenə önə çıxıblar. 86-cı dəqiqədə Brahim Dias oyunda tarazlığı bərpa edib.
90+2-ci dəqiqədə isə Cud Bellinqem kral klubuna qələbə gətirən qolu vurub - 2:3.
Qeyd edək ki, bu cütün cavab matçı fevralın 19-da keçiriləcək.

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Mançester Siti" klubu İspaniyanın "Real Madrid" komandası ilə qarşılaşır.
Oxu.Az xəbər verir ki, fransalı hakim Klement Turpinin idarə etdiyi oyun başlayıb.
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Mançester Siti" klubu İspaniyanın "Real Madrid" komandası ilə qarşılaşacaq.
Bakı vaxtı ilə 00:00-da start götürəcək oyunu Oxu.Az portalından canlı olaraq izləyə bilərsiniz.
"Real Madrid FK" teqi üzrə xəbərlər
- Dünyanın ən varlı futbolçuları bəlli olub - Ronaldu və Messi birinci deyillər
- UEFA Çempionlar Liqası: "Real Madrid" 1/4 finala son vəsiqəni qazandı
- Çempionlar Liqasının 1/8 final mərhələsinin son oyunlarını hansı kanallardan izləmək olar?
- "Real Madrid"in ulduzu "Atletiko Madrid"lə görüşü buraxa bilər
- UEFA Çempionlar Liqası: Son dörddəbir finalçılar bəlli olacaq